Şahmat dərsləri uşaqların məntiqi düşünmə, diqqət, səbir və qərar vermə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə keçirilir. Dərslər uşaqların yaşına və bilik səviyyəsinə uyğun, sadə və anlaşılan dildə aparılır.

Dərslər zamanı uşaqlar:
Şahmat fiqurlarını və onların hərəkətlərini öyrənir Oyunun əsas qaydalarını mənimsəyir Addım-addım düşünməyi və strategiya qurmağı öyrənir Uduzmağı qəbul etməyi və düzgün nəticə çıxarmağı bacarır

Şahmat dərsləri:
Başlanğıc və orta səviyyə üçün uyğundur Fərdi və ya qrup şəklində keçirilir Online və ya əyani formatda təşkil oluna bilər

Məqsəd uşaqlara şahmatı sevdirmək və onların zehni inkişafına töhfə verməkdir. Şahmat vasitəsilə uşaqlar təkcə oyun deyil, həm də həyatda faydalı olan düşünmə vərdişləri qazanırlar.



